Rusiya qüvvələri Xerson vilayətini atəşə tutub, yaralanan var

A- A A+

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin kəndlərini atəşə tutması nəticəsində 1 qadın yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleksandr Prokudin teleqramda bildirib.

“Rusiya aviasiyası Kizomısı məhv etməyə davam edir. İdarə olunan bombaların beş zərbəsi qeydə alınıb. Zərbə nəticəsində qaz xəttinə və yerli sakinlərin təxminən 7 evi zədələnib, onlardan üçü tamamilə dağılıb. Dinc sakinlər zərər görməyib.

Həmçinin Yantarne kəndi yaxınlığında Rusiya artilleriyası zərbə endirib, nəticədə 62 yaşlı qadın yaralanıb”, - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: