Ötən gecə Ukraynaya hücum edən İran istehsalı 35 dron məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib.
“Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.