PKK terror təşkilatının bir qrup tərəfdarı 14 may seçkilərində xaricdə səs verən Türkiyə vətəndaşları üçün Amsterdamda təşkil edilən seçki məntəqəsində təxribat törədib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Zərərçəkənlər arasında “Yaşıllar” Partiyasının funksionerləri də olub.
Müşahidəçilər hadisə yerindən uzaqlaşdırılıb. PKK tərəfdarları təxribatlarını davam etdirərək bu təşkilata dəstək şüarları səsləndirməyə başlayıblar.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçiriləcək. Bununla bağlı dünyanın bir çox ölkələrində seçki məntəqələri artıq fəaliyyət göstərir.