Kanadanın Alberta əyalətində təbiət yanğınları 122 hektar meşə sahəsini və onlarla yaşayış evini məhv edib.
NUHÇIXAN İnformasiya Agentliyi Euronews telekanalına istinadla xəbər verir ki, təbii fəlakət səbəbindən ştatın 30 minə yaxın sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hakimiyyət orqanlarının məlumatına görə, 110-dan çox yanğın ocağının hələlik yalnız üçdəikisini nəzarət altına almaq mümkün olub.
Alberta əyalətində meşə yanğınları artıq bir neçə gündür davam edir. Mayın 6-da regionda fövqəladə vəziyyət rejimi elan olunub. Əyalətin Baş naziri Deniel Smit yanğından zərər çəkən bəzi rayonlara gedib və təxliyə olunmuş yerli sakinlərlə görüşüb.