Türkiyə üçün müdafiə sənayesinin milli və yerli olması zəruridir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, bölgədə güc və söz sahibi olmaq üçün güclü ordunun mövcudluğu şərtdir.
“Aydındır ki, güclü ordu üçün güclü müdafiə sənayemiz olmalıdır. Bu gün Türk Silahlı Qüvvələri (TSK) bizə ümid bağlamış məzlum və qurbanlara yardım əli uzadaraq, bütün bölgələrdə sülh, əmin-amanlıq və sabitliyə öz töhfəsini verir. Ölkəmizin bu fəaliyyətləri uğurla davam etdirməsi üçün hər sahədə güclü olmaqdan başqa çarəsi yoxdur. Lazım olan texnologiyaları yerli və milli imkanlarla istehsal etmək bizim üçün seçimdən çox zərurətə çevrilib”, - nazir vurğulayıb.