Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb

A- A A+

Ermənistanın Antikorrupsiya məhkəməsində keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məhkəmə iclası qapalı keçirilir.

Bildirilib ki, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 11 nəfər barəsində cinayət işinin ibtidai istintaqı aprelin 11-də yekunlaşıb.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Bir müddət əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, S.Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.

S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.

S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayının tərkibində Xocalı soyqırımının törədilməsində iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: