"Türkiyənin Sudandakı səfirliyinin əməkdaşları, o cümlədən mühafizə işçiləri təxliyə olunub".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün xüsusi əməliyyat təşkil olunub: “Sudanda toqquşmalar davam edir, küçə döyüşləri gedir. Ona görə də əməkdaşlarımızı təxliyə etdik. Allah heç bir ölkəni bu vəziyyətə salmasın”.
Çavuşoğlu söyləyib ki, Türkiyə Sudanda müharibənin dayanması üçün səy göstərir.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində indiyədək 600-ə yaxın adam ölüb.