“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna böyük həlledici döyüş kimi baxmaq lazım deyil, bu, bir həftənin və ya bir ayın məsələsi deyil, söhbət baş verməli olan hadisələr zəncirindən gedir”.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bunu telemarafonun efirində Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Müharibənin intensivliyini və miqyasını, Rusiyanın bura qoyduğu resursları, o cümlədən səfərbər edilmiş resursları nəzərə alsaq, bu, bir sıra tədbirlərin cəmidir”, - müşavir bildirib.
Onun sözlərinə görə, əks-hücumun əsas vəzifəsi Rusiya vətəndaşlarının mənəvi-iradə ruhunun qalıqlarını sıfıra endirməkdir. “Bu proses artıq başlayıb və rusiyalılar problem yaradan insanları hakimiyyətə gətirdiklərini anlamağa başlayıblar”, - M.Podolyak söyləyib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlıq çərçivəsində son mərhələyə çatdığını bildirib.