İranın İsfahan şəhərindəki böyük elektrik stansiyasında güclü yanğın baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi İranın Mehr informasiya agentliyinə istinadla xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil. Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının nümayəndələri araşdırma aparırlar. Stansiyanın direktoru Hüseyn Əmini jurnalistlərə bildirib ki, yanğın zamanı ölüm halı baş verməyib. Stansiyada çalışanlar vaxtında təxliyə edilib.
Sosial şəbəkələrin İran seqmentində isə bildirilir ki, tanınmayan pilotsuz uçan aparat İsfahan üzərində bir neçə dəfə dövrə vurduqdan sonra elektrik stansiyasına bomba atıb. Bu da güclü yanğına səbəb olub.