Bosniya və Herseqovina NATO-nun 33-cü üzvü olmaq niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.
Nazir qeyd edib ki, Bosniya və Herseqovina üçün Avropa İttifaqına və NATO-ya üzv olmağın alternativi yoxdur. Avropada və dünyada mövcud mürəkkəb siyasi vəziyyət və təhlükəsizlik sahəsindəki proseslər nəzərə alındıqda, təkcə NATO bütün Bosniya və Herseqovina xalqı üçün təhlükəsizlik çətiri rolunu oynaya bilər.
Z.Helez ölkəsinin ABŞ ilə müttəfiq olmasının vacibliyini vurğulayıb, təhlükəsizlik baxımından əsas risklər kimi Bosniya və Herseqovinaya qarşı kiber və hibrid hücumları, eləcə də Ukraynadakı müharibəni qeyd edib.