“Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”.
NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündən hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər: “Nazirlərin görüşünün mayın 19-da baş tutacağı planlaşdırılır”.
M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.