Gürcüstan XİN başçısı Rusiyanın viza rejiminin ləğvi qərarını alqışlayıb

A- A A+

Gürcüstan Rusiyanın bu ölkə ilə viza rejiminin ləğv etməsi qərarını alqışlayır.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır. Nazir qeyd edib ki, onların Gürcüstanda yaşayan qohumları və yaxınları ilə çox sıx əlaqələri var: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşlarına tətbiq edilən viza rejimini ləğv edib. Qərar mayın 15-dən qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: