Xaricidə yaşayan Türkiyə vətəndaşlarının səsvermə bülletenləri Ankaraya gətirilib

A- A A+

“Turkish Airlines” aviakompaniyasının təyyarəsi xarici ölkələrdə təşkil olunan səsvermədə iştirak edən Türkiyə vətəndaşlarının bülletenlərini Ankaraya gətirib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, həmin bülletenlər mayın 14-ü səsvermə bitənə qədər təhlükəsiz yerdə saxlanılacaq.

Fransa, Almaniya, İsveçrə və Avstriyadan gətirilən 532 mindən çox bülleteni Yüksək Seçim Qurumunun (MSK) əməkdaşları, partiya nümayəndələri və diplomatik kuryerlər müşayiət edib. Gün ərzində digər ölkələrdən də bülletenlərin gətiriləcəyi gözlənilir.

MSK-nın məlumatına görə, xaricdə qeydiyyatdan keçən 3,4 milyon seçicinin təxminən 50 faizi - 1,69 milyon nəfərdən çoxu seçkilərə qatılıb.

Mayın 14-də Türkiyə ərazisində prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İncə, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Parlament seçkilərində 26 partiya iştirak edəcək.

Türkiyə MSK-nın məlumatına görə, seçkilərə ümumilikdə 64 milyon seçici qatıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: