Pakistanda keçirilən etiraz aksiyaları nəticəsində ümumilikdə 8 nəfər ölüb, 290 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli “Doon” nəşri məlumat yayıb .
Bildirilib ki, ölkə üzrə 2000-ə yaxın nümayişçi saxlanılıb.
Qeyd edək ki, Pakistanın keçmiş Baş naziri İmran Xan dünən, mayın 10-da həbs olunub. O, terrorçuluqda ittiham olunur. Bundan sonra keçmiş hökumət başçısının tərəfdarları etiraz aksiyası keçirməyə başlayıblar.