Zelenski pilotsuz uçuş aparatı ilə Kremlə hücuma münasibət bildirib

A- A A+

"Pilotsuz uçuş aparatı ilə Kremlə hücum Rusiyanın Ukraynaya daha çox hücuma haqq qazandırmaq üçün həyata keçirdiyi əməliyyat idi".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın BBC teleradiosuna müsahibəsində deyib.

O, Ukraynanın bu hücumda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: