Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz sayıb

A- A A+

Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir və müxalif Ədalət Uğrunda Partiyasının lideri İmran Xanın həbsini qanunsuz sayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Geo TV” yayıb.

Məhkəmə keçmiş hökumət başçısının təcili sərbəst buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Eks Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: