Ərdoğan İstanbulda 20 min nəfərlik məscidin açılışını edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib.

Məscidin inşası 35 ay müddətində tamamlanıb.

Memar Sinanın Süleymaniyə məscidi təqlid olunaraq dizayn edilən Barbaros Hayreddin Paşa məscidinin tutumu 20 min nəfərdir. Məsciddə 929 avtomobil üçün dayanacaq, emalatxana, kitabxana, çoxfunksiyalı zal və yeməkxana var. Nəhəng layihədə dənizçilik və gəmiçilik motivlərindən istifadə olunub.

Qeyd edək ki, Barbaros Hayreddin Paşa məscidinin layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana aiddir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: