Ərdoğan: “Barbaros Hayreddin Paşa məscidinin tikintisinə 750 milyon lirə xərclənib”

A- A A+

“Barbaros Hayreddin Paşa məscidinin tikintisinə 750 milyon lirə xərclənib”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti məscidin tikintisinin başa çatdırılması üçün ianə edən hər kəsə təşəkkür edib:

“Hesab edirəm ki, bundan sonra da xeyriyyəçilərimizin köməkliyi ilə heç bir xeyir işimiz yarım qalmayacaq”.

Məcidin adının seçilmə səbəbindən danışan R.T.Ərdoğan qeyd edib ki, Barbaros Hayreddin Paşanın əsgərləri (ləvəndləri) məhz bu ərazidə hazırlanaraq dənizlərdə cəngə gedirdilər:

“Ona görə bu ərazinin adı Ləvənt adlanır. Düşündük ki, yeni tikilən məscidə də ən yaraşan ad Barbaros Hayreddin Paşanın adı olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: