Priqojin: Rusiya bu gün Baxmutda 5 kvadrat kilometr ərazi itirib

A- A A+

“Vaqner” özəl hərb şirkətinin rəhbəri Yevgeni Priqojin növbəti dəfə Rusiya Müdafiə Nazirliyini sərt tənqid edib.

NUHÇIXAN İnformasiya Agentliyi CNN-ə istinadən xəbər verir ki, Priqojin Müdafiə Nazirliyinin Baxmutun şimalında geri çəkilməsi ilə bağlı bəyanatının hiyləgərlik olduğunu bildirib və qurumu yalan danışmağa son verməyə çağırıb.

O, Rusiya qüvvələrinin Baxmutun şimalından qaçdığını və bunun yenidən qruplaşma deyil, qeyri-taktiki geri çəkilmə olduğunu deyib.

Priqojin əlavə edib ki, Rusiya qoşunlarının Baxmutun şimalından geri çəkilməsi “təkcə bu gün” 5 kvadrat kilometr ərazinin itirilməsi deməkdir:

“Ukrayna bütün taktiki yüksəklikləri tutaraq Baxmutdan 500 metr məsafədə olacaq”.

Priqojin Ukrayna qüvvələri ilə gərgin döyüşlərin getdiyi, Baxmuta aparan Çasov Yar yolunu da tam azad etdiklərini deyib.

"Vaqner" rəhbəri Rusiya Müdafiə Nazirliyini dəstəyinin çatışmazlığına dair əvvəlki şikayətlərini bir daha təkrarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: