ABŞ prezidenti ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib

A- A A+

ABŞ Prezidenti Co Bayden qaradərili tələbələrin üstünlük təşkil etdiyi Hovard Universitetinin buraxılış mərasimində çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib.

Co Bayden bu bəyanatları təkcə tarixən qaradərililərin üstünlük təşkil etdiyi məktəblərdə deyil, həmişə və hər yerdə gündəmə gətirdiyini bildirib.

Çıxışında ABŞ-ı daxili qarşıdurmalardan sarsılan bir millət kimi xarakterizə edən Bayden tələbələri “millətin ruhu üçün mübarizə aparmağa” çağırıb.

Baydenin irqçiliyə qarşı çıxışlarına baxmayaraq, bəzi tələbələrin əllərində "Bayden və Harris qaradərililərlə maraqlanmır" və "Ayağa qalxın, döyüşün, qaralar hücuma məruz qalır" yazılı pankartlar qaldırması diqqət çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: