Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.
Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb. Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.
Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiş şəhərində isə silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara aparılıb.
Hücumların narkotik ticarətlə əlaqəli olduğu düşünülür.