İtaliyada Ukrayna səmasının qorunması üçün mühüm qərarlar qəbul edilib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü İtaliyada keçirilən danışıqlarda Ukrayna səmasının qorunması üçün mühüm qərarların qəbul edildiyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla bildirir ki, Ukrayna Prezidenti dialoqu kifayət qədər səmərəli adlandırıb və İtaliya siyasətçilərini və ictimai xadimlərini ölkəsinə səfərə dəvət edib.

O, İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşdən sonra Romada keçirilən mətbuat konfransında deyib: "Bu gün biz əməkdaşlığımızı, xüsusən də təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı müzakirə etdik. Səmamızın qorunması ilə bağlı çox mühüm qərarlar var".

Prezident hansı qərarların qəbul edildiyini aşıqlamayıb.

Zelenski həmçinin İtaliyanın Ukraynanın yenidən qurulmasında iştirakın və enerji sektorunu qışa hazırlamağa kömək etməsini istəyir. O, Aİ və NATO-ya gedən yolda Kiyevə dəstəyinə görə Romaya təşəkkür edib və blokun Vilnüsdə keçiriləcək sammitindən konkret qərarlar gözlədiyini xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: