G7 sammitində Ukraynaya dəstək əsas mövzulardan biri olacaq

A- A A+

Böyük Britaniyanın Baş naziri Rişi Sunak “Böyük Yeddilik” (G7) ölkələrinin Xirosimada keçiriləcək sammitində Ukraynaya yardımın aktivləşdirilməsi ilə bağlı məsələləri qaldıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı məlumatda deyilir.

“G7 sammitində R.Sunak beynəlxalq fəaliyyəti gücləndirmək və Ukrayna hərbi əməliyyatların eskalasiyasına hazırlaşdığı bir vaxtda ona dəstəyi artırmaq üçün səy göstərəcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, Yaponiyanın bu il sədrlik etdiyi G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: