G7 və Aİ Rusiyadan boru kəməri qazının tədarükünün bərpasını qadağan etməyi planlaşdırır

A- A A+

“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır. Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: