Əminə Ərdoğan: Qazanan Türkiyədir

A- A A+

Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində Türkiyə yüz ili qalib gəldi. Qazanan Türkiyədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında paylaşıb.

Paylaşımda qeyd olunur: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək Türkiyə yüz ili üçün yenə çiyin-çiyinə quracağıq”.

Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirən Əminə Ərdoğan yazıb: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla dayanmayın, yola davam edin”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: