Erməni deputat: "Rusiyadan lazımi silahları almamaq hakimiyyətin zəifliyinin göstəricisidir"

A- A A+

"Ermənistanın Rusiyadan lazımi silahları almaması hakimiyyətin zəifliyini nümayiş etdirir".

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Rusiya onilliklər ərzində Ermənistan qarşısında silahla bağlı öhdəliklərini layiqincə yerinə yetirib, indi isə belə deyil.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Novaya qazeta Europe” nəşrinə müsahibəsində bəyan etmişdi ki, Ermənistan yeni mexanizmlər və silah təchizatı axtarır. Onun sözlərinə görə, Rusiya Ermənistana vəd etdiyi silahları təhvil vermir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: