Bosniya və Herseqovinada leysan yağışları daşqınlara səbəb olub

A- A A+

Bosniya və Herseqovinada ötən gündən davam edən güclü leysan yağışları sel və daşqınlara səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkənin şimal-qərbindəki Bihac şəhərindən keçən Una çayının daşması nəticəsində evlər və iş yerləri su altında qalıb. Bəzi yolların nəqliyyat vasitələrinin hərəkəti üçün bağlandığı, mülki müdafiə qüvvələrinin bölgəyə cəlb olunduğu bildirilir.

Sanski Most şəhərindən keçən Sana çayında suyun səviyyəsi maksimum həddə çatıb. Leysan yağışlarının ölkənin digər bölgələrində də sel və daşqınlara səbəb ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: