Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini istisna etməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, A.Vuçiç növbədənkənar seçkilərlə bağlı qərarını mayın 26-da Belqradda keçiriləcək mitinqdə ictimaiyyətə açıqlayacağını bildirib. O, parlament seçkilərinin ən gec sentyabrda keçiriləcəyini deyib.
A.Vuçiç, həmçinin tezliklə hakim Serb Tərəqqi Partiyasının rəhbərliyindən istefa verəcəyini də əlavə edib.