İbrahim Kalın: Seçkilərin ikinci turunda Ərdoğan 50 faizdən çox səs toplayacaq

A- A A+

Prezident seçkilərinin ikinci turu Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan üçün daha asan olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ahaber telekanalının efirində səsləndirib.

“Seçkilərin ikinci turu bizim üçün daha asan keçəcək. Bütün faktorlar nəzərə alınmaqla, Prezidentin dəstəyi 50 faizdən çox olacaq. İlk turda səslər arasında aşkar fərq yaranıb – 5 faiz və ya 2,5 milyon səs. Bu fərq azalmayacaq”, - deyə İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, seçkilərin ilk turunda 5,17 faiz səs qazanan Sinan Oğanın kimi dəstəkləyəcəyi barədə debatlar davam edir. “Hələlik ATA ittifaqının nümayəndəsi ilə görüş keçirməmişik. Onun mövqeyi bizim alyansa daha yaxındır”, - deyə prezidentin nümayəndəsi əlavə edib.

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaqlar. Bu turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: