Santos şəhərində Pelenin mavzoleyi açılıb

A- A A+

Pelenin nəşinin yerləşdirildiyi “Ekumenika” nekropolunda (qəbiristanlıq kompleksi) futbol üzrə üçqat dünya çempionunun mavzoleyi açılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mavzoleyi ziyarət etmək pulsuzdur, lakin ziyarətçilər bunun üçün nekropolun saytında əvvəlcədən qeydiyyatdan keçməlidir.

Futbolçunun tabutu Ginnesin rekordlar kitabına “ən hündür vertikal qəbiristanlıq” kimi düşmüş nekropolda onun özü tərəfindən seçilmiş ərazidə tikilən xüsusi mavzoleyə qoyulub. Güzgülü zalın girişi Braziliyanın və dahi futbolçunun ilk dəfə oyuna çıxdığı “Santos” klubunun bayraqları, həmçinin Pelenin heykəlləri ilə bəzədilib.

Braziliyalı hücumçu müsahibələrin birində hələ 19 il öncə nekropolun onun üçün doğma olan “Vila Belmiro” stadionuna gözəl mənzərənin açıldığı doqquzuncu mərtəbəsində yer götürdüyünü demişdi. Sonradan Pelenin ailəsi logistika nöqteyi-nəzərindən onun nəşini birinci mərtəbədəki mavzoleyə yerləşdirmək qərarına gəlib.

Xatırladaq ki, uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkən Pele dekabrın 2022-ci il 29-da 82 yaşında Braziliya klinikalarının birində vəfat edib.

Pele (əsil adı Edson Arantes do Nascimento) üçqat dünya çempionu (1958, 1962, 1970) olmuş yeganə futbolçudur. O, idman mediasının versiyaları üzrə dəfələrlə XX əsrin ən yaxşı futbolçusu elan olunub, yüzilliyin müxtəlif rəmzi komandalarının tərkibinə daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: