Myanmada qasırğa azı 400 nəfərin həyatına son qoyub

A- A A+

Regionda son on ilin ən şiddətli tropik siklonu “Mocha” Myanmada azı 400 nəfərin ölümünə səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, həlak olanların əksəriyyəti Rohinca müsəlmanlarıdır.

Bazar günü Myanmaya çatan siklon beşinci təhlükə səviyyəsinə qədər yüksəlib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatıb. Leysan yağışları və güclü külək daşqınlara səbəb olub, əkin sahələri su altında qalıb, aşan ağaclar elektrik naqillərini qırıb. Qasırğa 100 minə yaxın insana zərər vurub.

Qeyd edək ki, 2008-ci ilin mayında Myanma Benqal körfəzində formalaşan dağıdıcı “Nərgiz” siklonunun təsirinə məruz qalmışdı. O vaxt tropik qasırğa Myanma, Şri-Lanka, Banqladeş və Tailandda 90 min nəfərin ölümü və 56 min nəfərin itkin düşməsi ilə nəticələnmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: