“Ford” Çinin elektromobil bazarına sərmayə qoyuluşunu azaltmağı planlaşdırır

A- A A+

Amerikanın avtomobil istehsalçısı olan “Ford Motor Company” Çinin elektrik avtomobili bazarına sərmayə yatırımını azaltmağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Amerika konserninin rəhbəri Cim Farliyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, qərb kompaniyaları Çinin avtomobil istehsalçıları - “BYD”, “Great Wall”, SAIC və “Changan” konsernləri ilə rəqabətə girə bilmir və “Ford” kompaniyasının gələcək strategiyası “daha məqsədyönlü sərmayələrə”, ilk növbədə kommersiya nəqliyyat vasitələrinə əsaslanacaq.

Nəşrin məlumatına görə, Almaniyanın “Volkswagen” və “Mercedes-Benz”, həmçinin Amerikanın “General Motors” kompaniyaları da Çinin elektrokar bazarında mövqelərini itirirlər.

2016-cı ildən bəri “Ford” kompaniyasının Çin bazarındakı payı iki dəfə azalıb. Bir müddət öncə “Ford” nümayəndələri konsernin 2026-cı ilədək elektromobil istehsalına 50 milyard dollar yatırmaq niyyətində olduğunu bildiriblər. Hazırda kompaniyanın model cərgəsində yalnız bir elektrokar (Mustang Mach-E) var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: