ABŞ tezliklə Tayvana əhəmiyyətli əlavə hərbi yardım göstərmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
"Mən şadam ki, Birləşmiş Ştatlar tezliklə Tayvana əhəmiyyətli əlavə hərbi yardım göstərəcək”, - deyə o əlavə edib.
Müdafiə naziri bu hərbi yardım paketinə hansı silahların daxil ediləcəyi barədə açıqlama verməyib.