Ermənistan MTX 1 ton kokainin müsadirə edilməsi ilə bağlı məlumat yayıb

A- A A+

Ermənistanda 1 ton kokain müsadirə olunub.

NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Qeyd olunub ki, müsadirə olunan narkotik vasitənin ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.

Məlumata əsasən müsadirə olunan kokain ölkəyə Ekvadordan meyvə idxal edən şirkət tərəfindən gətirilib.

Onların böyük hissəsi İtaliya və Gürcüstandan tranzitlə Ermənistana gəlib.

Bundan öncə İtaliya KİV-ləri yerli limanlardan birində 78 tonluq banan yükündə gizlədilmiş 2.7 ton kokainin müsadirə olunması barədə məlumat vermişdilər ki, bu da yük qaimələrinə əsasən Gürcüstan vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Həmin partiyanın ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: