Ukrayna ilin əvvəlindən xarici tərəfdaşlarından 17 milyard dollarlıq yardım alıb

A- A A+

Mayın 17-nə Ukraynanın dövlət büdcəsinin ümumi maliyyələşdirilməsi 841,6 milyard qrivna (23 milyard dollar) təşkil edib. Onun 6,1 milyard dolları daxili dövlət istiqrazlarının yerləşdirilməsi hesabına əldə olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatına görə, ilin əvvəlindən bəri xarici tərəfdaşlar tərəfindən 16,9 milyard dollar vəsait ayrılıb. Avropa İttifaqı 6,5 milyard dollar, ABŞ 4,75 milyard dollar, BVF 2,7 milyard dollar, Kanada 1,75 milyard dollar ayırıb.

Bundan əlavə, Dünya Bankı Ukraynaya 505 milyon dollar, Böyük Britaniya 498 milyon dollar, Almaniya 52 milyon dollar, İspaniya 50 milyon dollar yardım göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: