Bloomberg: Taxıl sazişi Rusiyanın iştirakı ilə uzadılacaq

A- A A+

2022-ci ilin iyulunda İstanbulda imzalanmış taxıl sazişi Rusiyanın iştirakı ilə yenidən uzadılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bloomberg agentliyi bu barədə Ankaradakı mənbələrinə istinadla məlumat yayıb. Sazişin uzadılması günün sonuna qədər elan oluna bilər.

Bir müddət öncə RF prezidentinin mətbuat katibi Dmitri Peskov sazişin uzadılmayacağı təqdirdə Rusiyanın fəaliyyəti barədə şərh verməkdən yayınıb. Moskva razılaşmanın Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini və sazişin vaxtının uzadılmasının bundan asılı olduğunu dəfələrlə bəyan edib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə taxıl sazişi adlandırılan iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri isə Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur. Sazişin müddəti sabah başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: