Fransa Senatı Qolodomoru tanıyıb

A- A A+

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, - qətnamədə bildirilir.

2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: