ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

A- A A+

ABŞ rəsmisi Rusiyanın Ukraynada hədəf aldığı “Patriot” hava hücumundan müdafiə sisteminin cüzi zədələnsə də, hazırda işlədiyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, Rusiyanın hipersəsli “Kinjal” raketinin Kiyevdə “Patriot” sistemini vurduğunu açıqladıqdan sonra ABŞ rəsmisi, Ukraynada bir “Patriot” sisteminin hədəf alındığını təsdiqləyib.

Qurum rəsmisi sistemin bir qədər zədələndiyini, lakin hələ də işlək vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyevdə “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə sıradan çıxartdıqlarını bildirmişdi.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder mayın 10-da Ukrayna ordusunun “Patriot” raketi ilə Rusiyanın "Kinjal" hipersəs raketini vurduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: