Ron Desantis ABŞ prezidenti seçkilərində namizədliyini gələn həftə irəli sürəcək

A- A A+

Florida qubernatoru Ron Desantis 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini gələn həftə irəli sürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” öz mənbələrinə istinadla məlumat yayıb.

Respublikaçılar düşərgəsində sabiq prezident Donald Trampın seçkilərdə əsas rəqibi hesab olunan 44 yaşlı Ron Desantisin komandası kampaniyaya vəsait toplamaq üçün yaxın günlərdə tədbir keçirməyə hazırlaşır.

NBC telekanalının apreldə keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, respublikaçı seçicilərin azı 31 faizi Desantisin namizədliyini dəstəkləyir. Eyni zamanda, respondentlərin 46 faizi prezident postuna namizəd kimi Trampı görmək istəyir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Donald Tramp ötən ilin noyabrında prezident postu uğrunda mübarizəyə başladığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: