Sudanda toqquşma nəticəsində ölənlərin sayı 830-u keçib

A- A A+

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 833 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Əlcəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu ölkədə hərbi əməliyyatlar nəticəsində indiyədək 3329 nəfər yaralanıb.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: