Quş qripinə görə Moskvada karantin elan edilib

A- A A+

Rusiyanın paytaxtı Moskva şəhərində quş qripinin yayılmasına görə karantin elan edilib.

NUHÇIXAN İnformasiya Agentliyi “Mash”a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.

Şəhərin bir sıra rayonlarında heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Əsasən, şəhərin Brateevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: