Türkiyədə müasirləşdirilmiş ilk “F-16” qırıcıları ölkənin hərbi hava qüvvələrinə verilib

A- A A+

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığına yerli şirkətlərin səyləri ilə müasirləşdirilmiş ilk “F-16” qırıcıları verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmail Dəmir öz tviter hesabında yazıb.

“F-16” qırıcılarının yerli müasirləşdirilmə layihəsi Türkiyə Prezidenti Administrasiyası yanında müdafiə sənayesi idarəsinin təşəbbüsüdür və “Özgür” adını alıb.

Bu layihə çərçivəsində təyyarələrdə radarların, idarəetmə sistemlərinin, avionika və başqa avadanlığın dəyişdirilməsi həyata keçirilib ki, bu da “F-16” qırıcısının “Block 30” versiyasının istismar müddətini 8 min saatdan 12 min saata qaldırmaq imkanı verir.

“Anadolu” agentliyinin məlumatına görə, oxşar müasirləşdirmə prosesi “F-16” qırıcısının “Block 40” və “Block 50” versiyaları üçün də nəzərdə tutulub. Bununla da təyyarələr 2040-cı ilədək istifadə oluna bilər.

Müasirləşdirilmənin əsas elementi təyyarələrdə “özünün-özgənin” rejiminə uyğun olaraq, digər təyyarələri təyin edə bilən yeni rabitə sisteminin inteqrasiyası olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: