Krit adasında güclü zəlzələ olub

A- A A+

Yunanıstan Krit adasında 5,1 maqnitudalı zəlzələ olub.

NUHÇICAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 9,07 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 22:58-də qeydə alınıb.

Yeraltı təkanların ocağının Türkiyənin Muğla şəhərinin Datça rayonundan 292,86 km məsafədə olduğu diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: