G7 Rusiyaya “tam ixrac qadağası” tətbiq etməyəcək

A- A A+

Yeddilik Qrupuna (G7) daxil olan ölkələr Rusiyaya “tam ixrac qadağası” tətbiq etməmək qərarına gəlib və bunun əvəzində əsas malların tədarükünə mövcud məhdudiyyətləri genişləndirmək niyyətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bloomberg agentliyin məlumatına görə, sammitin yekunu üzrə birgə bəyanat layihəsində tam qadağa ilə bağlı heç bir müddəa yoxdur. Çünki bu, G7-nin “bəzi üzvləri üçün çox çətin olacaq”. Agentlik qeyd edir ki, belə bir qərar bütün Aİ üzvlərinin razılığını tələb edir.

Bunun əvəzində Rusiyaya ixracı qadağan olunan malların siyahısını genişləndirmək qərara alınıb. Söhbət ilk növbədə, hərbçilərin istifadə edə biləcəyi mallardan, o cümlədən sənaye avadanlığından gedir. Bundan əlavə, istehsal, tikinti, nəqliyyat sahələrindən mallar və biznes sferasında xidmətlər məhdudiyyət altına düşə bilər.

G7 sammiti mayın 19-dan 21-dək Yaponiyanın sədrliyi ilə Xirosimada keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: