Monteneqro vətəndaşlarının 76 faizi ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

A- A A+

Monteneqro vətəndaşlarının 76 faizi ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, ölkədə aparılan sorğu nəticəsində məlum olub.

Monteneqronun yeni seçilən Prezidenti Yakov Milatoviçin sədr müavini olduğu Avropa Hərəkatına dəstək 29,1 faizə yüksəlib. Sabiq iqtisadiyyat naziri 37 yaşlı Y.Milatoviç isə Monteneqronun ən populyar siyasətçisi seçilib.

Qeyd edək ki, Y.Milatoviç mayın 20-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifə səlahiyyətlərinin icrasına başlayacaq. Paytaxt Podqoritsadakı mərasimə region ölkələrinin rəsmiləri də daxil olmaqla 200 nəfərin qatılacağı gözlənilir.

Monteneqroda prezidentin səlahiyyət müddəti 5 ildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: