Norveç Ukraynaya yeni silah paketinin veriləcəyini açıqlayıb

A- A A+

Norveç Ukraynaya yeni silah paketinin veriləcəyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Norveç Krallığı hökumətinin saytına istinadla xəbər verir ki, yeni paketə üç ədəd əks batareya radarı və MLRS tipli səkkiz uzaqmənzilli reaktiv yaylım atəşi qurğusu daxildir. Avadanlıqların Ukraynaya verilməsi Böyük Britaniya ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

“Biz Ukraynanı dəstəkləməliyik ki, o, azadlıq və müstəqillik uğrunda mübarizəsini davam etdirə bilsin. Daha çox silaha ehtiyac var və bizim göstərdiyimiz yardıma Ukrayna tərəfi tərəfindən böyük tələbat var, biz Böyük Britaniya ilə sıx əməkdaşlıq etmədən yardımın verilməsini təmin edə bilməzdik”, - deyə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Norveç Müdafiə Nazirliyinin anbarlarından dərhal göndəriləcək İsveç istehsalı olan “Artur” əks batareya radarı xüsusən vacibdir. Bu radarlar düşmən artilleriyasını aşkar etmək üçün istifadə olunur. Paketə, həmçinin ABŞ istehsalı olan M270 Multiple Launch Rocket System MLRS reaktiv yaylım atəşi qurğusu daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: