Qətərin Sudandakı səfirliyi hücuma məruz qalıb

A- A A+

Qətərin Sudandakı səfirliyi qeyri-nizami silahlı qüvvələrin hücumuna məruz qalıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər Xartumdakı səfirliyinə hücumu və nümayəndəliyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir”, - deyə əmirliyin xarici siyasət idarəsinin bəyanatında qeyd olunub.

Məlumata görə, səfirliyin əməkdaşları hücumdan əvvəl təxliyə edilib. Hadisə zamanı diplomatlar və nümayəndəliyin əməkdaşlarından heç kim xəsarət almayıb.

Qətər xarici ölkələrin Sudandakı səfirliklərinin və digər diplomatik nümayəndəliklərinin, həmçinin beynəlxalq təşkilatların mənzil qərargahlarının və mülki obyektlərin mühafizə olunmasını tələb edib. Doha, həmçinin Sudandakı münaqişə tərəflərini təcili olaraq döyüşləri dayandırmağa çağırıb.

Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda ali baş komandan vəzifəsinə iddia ilə bağlıdır. Tərəflər arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: