G7 liderləri Zelenskinin iştirakı ilə Ukrayna üzrə iclasa başlayıblar

A- A A+

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Xirosimada sammitin yekun iclaslarından birinə başlayıblar. Bu, Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukrayna ətrafındakı vəziyyətə həsr olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasa daha sonra G-7 sammitinə dəvət olunmuş ölkələrin - Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də qoşulacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna prezidenti sammitdə onlayn iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub. Bununla belə, Zelenski daha sonra “sammitdə şəxsən iştirak etmək arzusunu ifadə etdi” və Tokio sonda bu təklifi qəbul etdi.

Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: