Şolz: Ukrayna üzrə sülh danışıqları münaqişəni dondurmaq məqsədi daşımamalıdır

A- A A+

Ukrayna ətrafında vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Almaniya Kansleri Olaf Şolz Xirosimada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində deyib.

"Əgər sülh danışıqları ilə bağlı təkliflər irəli sürülərsə, onların məqsədi dondurulmuş münaqişə əldə etmək olmamalıdır. Rusiya öz qoşunlarını çıxarmalıdır", - deyə Kansler bildirib.

Daha əvvəl “Politico” qəzeti mənbələrinə istinadla yaydığı xəbərə görə, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin dondurulması ssenarisinə hazırlaşır, o zaman bu münaqişə uzun illər və hətta onilliklər ərzində davam edəcək.

Nəşrin fikrincə, hətta uzunmüddətli planlaşdırma ehtimalının özü də Ukrayna rəhbərliyinin ABŞ-ın Kiyevə yardımı davam etdirəcəyinə inamını sarsıda bilər, xüsusən də bəzi respublikaçıların gələcəkdə Ukraynaya dəstəyi zəiflətmək niyyətində olduğunu nəzərə alsaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: