İran-Pakistan sərhədində toqquşma olub, ölən və yaralananlar var

A- A A+

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar. Terrorçu birləşmənin sıralarında, agentliyin məlumatına görə, itkilər də var, lakin onların dəqiq sayı verilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: